"Neftçi"dən bir neçə futbolçunun göndəriləcəyi gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, Adrian Mutu komandanın hücum potensialını artırmaq üçün yeni futbolçuların cəlb olunmasını istəyir. Eyni zamanda isə komandadakı digər futbolçuların göndərilməsi ehtimalı var. Göndərilmək ehtimalı yüksək olan futbolçulardan biri Yeqor Boqomolskidir.
Rumıniyalı mütəxəssisi onu sərəncamında görmək istəmir. Belaruslunun icarəyə göndərilmək variantı var. Mutu onun əvəzinə daha səviyyəli forvardın gətirilməsinin tərəfdarıdır. 23 yaşlı hücumçunun "ağ-qaralar"la müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
Forvard 2022-ci ildə "Minsk"dən "Neftçi"yə keçmişdi.
saytlarin hazirlanmasi