"İnter Mayami"nin sahibi Devid Bekhem Lionel Messinin transferini şərh edib.
Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan ingilis Leo barədə bunları deyib:
“On il ərzində deyirdim ki, dünyanın ən böyük futbolçularını Mayamiyə gətirmək arzumdur. Bu gün bu arzum gerçəkləşdi. Messinin debütünü səbirsizliklə gözləyirəm”.
36 yaşlı futbolçunun "İnter Mayami"yə transferi dünən rəsmi olaraq ictimaiyyətə açıqlanıb. Müqaviləyə əsasən argentinalı 2025-ci il dekabrın 31-nə qədər ABŞ klubuna məxsus olacaq.
saytlarin hazirlanmasi