“Napoli” və Gürcüstan milli komandasının üzvü Xviça Kvaratsxeliya İngiltərəyə yollana bilər.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, gürcü futbolçuya “Nyukasl”dan maraq var.
Adıçəkilən klub Xviça üçün 95 milyon avrosundan keçməyə hazırdır. Premyer Liqa təmsilçisi “Napoli”yə ilk təklifi qarşıdakı həftə yollayacaq. Xviçanın özünün İngiltərədə oynamaq istədiyi bildirilir. O, ötən mövsüm A seriyasında keçirdiyi 33 matçda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi