Fransa millisinin sabiq qapıçısı Huqo Lloris özünə yeni komanda axtarmaq üçün "Tottenhem"dən rəsmi icazə alıb.
Sportal.az xəbər verir ki, fransalı buna görə İngiltərə klubunun mövsümöncəsi hazırlığına qoşulmayıb.
36 yaşlı qapıçının Fransaya qayıdacağı gözlənilir.
O, “Nitsa”, “Lion”da oynadıqdan sonra 2012-ci ildə “Tottenhem”ə keçmişdi.