"Neftçi"nin yollarını ayırdığı Solomon Kverkveliyanın yeni komandası bəlli olub.
Sportal.az xəbər verir ki, gürcü futbolçu "Əl-Ohdud"la anlaşıb.
Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun iki illik müqaviləyə qol çəkdiyi iddia edilir. Gürcüstan millisinin üzvü 2022-ci ilin yayında "Neftçi"yə keçmişdi.
saytlarin hazirlanmasi