KONKAKAF Qızıl Kubokunun qalibi bəlli olub.
Sportal.az xəbər verir ki, final görüşündə Panama və Meksika milliləri qarşılaşıb.
Matç meksikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu isə 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
Belədə, Meksika 12-ci dəfə KONKAKAF Qızıl Kubokunun qalibi adını qazanmış olub.
Panama millisində çıxış edən "Turan Tovuz"un üzvü Roderik Miller bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda oturub.
saytlarin hazirlanmasi