"Qəbələ"nin yeni legioneri Azərbaycan millisində oynayacaq?

11:30 - 17 İyul 2023

"Qəbələ"nin bu yay heyətinə qatdığı legionerlərdən biri Gilad Abramov oldu.

Sportal.az saytına verilən məlumata görə, futbolçu Azərbaycan milli komandasına namizədlərdəndir. 

Saytımıza daxil olan məlumata görə, Abramovun ölkəmizlə birbaşa bağlılığı var. Belə ki, onun ana tərəfdən babası və nənəsi Azərbaycandandır. Onlar burada doğulub və uzun illər Azərbaycanda yaşayıblar. Belədə, bu mövsümkü performansından asılı olaraq, yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə milliləşdirilərək ölkənin bir nömrəli komandasına cəlb olunması müzakirə mövzusuna çevrilə bilər.

Abramovun özü isə İsrailin Hadera şəhərində dünyaya gəlib. İsrailin U-16 və U-17 yığmasının sabiq üzvü “Hapoel Hadera”da oynayıb. 

Mirbağırağa

Xəbər xətti