Şeydayevin "Buriram Yunayted" nə vaxt debüt edəcəyi dəqiqləşdi

13:29 - 17 İyul 2023

Azərbaycan milli komandasının forvardı Ramil Şeydayev bu həftə yeni klubu "Buriram Yunayted"də debüt edə biləcək.

Sportal.az xəbər verir ki, Şeydayevin komandası iyulun 22-də ilk yoldaşlıq matçını keçirəcək.

Belə ki, “Buriram Yunayted” “Utay Tani” ilə qarşılaşacaq. Tayland çempionatı isə avqustun 12-də başlayacaq.

Şeydayev "Buriram Yunayted"lə iki illik müqavilə imzalayıb.

Xəbər xətti