"Oser"in sabiq futbolçusunun Azərbaycan klubuna keçidi baş tutmayacaq

13:42 - 17 İyul 2023

"Kauno Jalqris"in futbolçusu Brahim Konatenin "Turan Tovuz"a keçəcəyi gözlənilirdi.

Amma fransalının Azərbaycana gəlişi böyük ehtimalla baş tutmayacaq.

Sportal.az saytına klubdan verilən məlumata görə, Konate müxtəlif səbəblər gətirib ki, bu da onun “Turan Tovuz”a keçidinin reallaşmasına maneçilik törədib.

27 yaşlı futbolçunun Azərbaycana gəlmək ehtimalı çox aşağıdı və "Turan Tovuz" artıq həmin mövqeyə başqa oyunçularla danışıqlara başlayıb.

“Oser” yetirməsi olan futbolçu “Nyor”, “Fuenlabrada”, “Rayo Mahadoaonda”da oynayıb.

Xəbər xətti