Reşford "Mançester Yunayted"də qalacaq

13:59 - 17 İyul 2023

İngiltərə millisinin forvardı Markus Reşford "Mançester Yunayted"dən ayrılmayacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, futbolçu "qırmızı şeytanlar"la müqavilə müddətini artıracaq.

İngiltərə klubu ona yeni beş illik müqavilə təklif edib. Tərəflər artıq razılığa gəlib. 

Halbuki, Reşfordun PSJ-yə keçəcəyi gözlənilirdi. 

Markus başa çatan mövsümdə Mançester klubunun heyətində 53 matçda iştirak edib, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti