Bakı klubunun yeni legioneri: "On ildən sonra vidalaşmağın vaxtı gəldi"

14:47 - 17 İyul 2023

"Səbail"in yeni transferi Yadin Luqasi sosial şəkəbədə paylaşım edib.

Sportal.az xəbər verir ki, bu yay "Hapoel Kiryat Şmona"dan ayrlılaraq "Səbail"lə bir illik müqavilə imzalamış israilli futbolçu əvvəlki komandasına təşəkkürünü bildirib:

"Demək olar ki, on ildən sonra vidalaşmağın vaxtı gəldi. Ekspozisiya, təcrübə, gözəl və çətin anlar üçün təşəkkür edirəm. Bütün əziz dostlarıma və hər zaman yanımda olan insanlara ən qısa zamanda Premyer Liqadakı öz yerlərinə qayıtmasını arzulayıram. Təşəkkür edirəm "Hapoel Kiryat Şmona".

24 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.  "Hapoel Kiryat Şmona”nın sabiq üzvü həm də, “Hapoel Akra”da çıxış edib.

Mirbağırağa

 

Xəbər xətti