"Turan Tovuz" "Adana Demirspor"a məğlub oldu

22:22 - 17 İyul 2023

Türkiyədə təlim-məşq toplanışında olanda "Turan Tovuz" ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Adana Demirspor"la üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, "Turan Tovuz" iyulun 22-də "Eyupspor"la, iyulun 27-də isə Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.

Xəbər xətti