Azərbaycanın Ermənistanla oyununun vaxtı açıqlandı

09:21 - 18 İyul 2023

İyulun 19-da Kosovonun paytaxtı Priştinada basketbol üzrə U-16 yığmalarının Avropa çempionatının (U-16) C divizionunun oyunlarına start veriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi B qrupunda mübarizə aparacaq.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kipr (19 iyul), Ermənistan (21 iyul), Albaniya (23 iyul) və San Marino (24 iyul) ilə qarşılaşacaq. 

Digər qrupda Andorra, Kosovo, Malta və Cəbəllütariq komandaları yer alıb. 

Xəbər xətti