Yeni mövsümün hazırlıqlarını Rusiyada keçən "Neftçi" bu gün yoldaşlıq görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi "Spartak"dır. Moskvadakı "Otkrıtiye Bank Arena"da keçiriləcək oyuna 21:00-da start veriləcək.
Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Rusiyadakı hazırlıq dönəmində "Matç TV" turnirində iştirak etmiş və "Zenit"ə (1:3), "Srvena Zvezda"ya (0:4) və "Fənərbaxça"ya (0:1) məğlub olmuşdu.
18 iyul
Yoldaşlıq oyunu
"Spartak"(Moskva) - "Neftçi" 2:0
Qollar: Pavel Alekseeviç Meleşin, 34, Kuinsi Promes, 37
saytlarin hazirlanmasi