Ukraynanın U-21 yığmasının üzvü Aleksey Kaşuk "Sabah"la vidalaşıb.
Sportal.az xəbər verir ki, müqavilə ilə “Şaxtyor”a məxsus olan ukraynalı sosial şəbəkədə paylaşım edib. 23 yaşlı futbolçu paylaşımında bunları yazıb:
"Hardan başlayacağımı bilmirdim. Böyük komanda və əla insanlarla vidalaşmaq çətin və emosional bir an idi. Bəzən hisslərinizi ifadə etmək və məktubu yazmaq sizin üçün çətin gələn anlar olur. Əla vaxt keçirdiyim, unudulmaz anlar və emosiyalar yaşadığım “Sabah”dan ayrılıram. İlk öncə təcrübələrini mənimlə bölüşən və mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm.
Direktorlara, məşqçilərə, bütün heyətə, həkimlərə, fizioterapevtlərə və klubun bütün işçilərinə, onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm. Hər şeydən çox, bütün komanda yoldaşlarıma, keçən il ayrılan, lakin mənimlə paltardəyişmə otağını paylaşanlara və hələ də bu kluba aid olanlara, birlikdə keçirdiyimiz vaxt üçün hamınıza təşəkkür edirəm, hamını qucaqlayıram və hamınızı sevirəm. Təbii ki, həm meydanda, həm də meydandan kənarda həmişə xüsusi sevgi və yaxınlıq hiss etdiyim bütün azarkeşlərə böyük təşəkkürümü bildirirəm. Klubun məqsədlərinə çatmasına, futbolçu kimi böyüməyimə, təkmilləşməsinə kömək etmək üçün gəldim və sizin köməyiniz, təşviqiniz, dəstəyinizlə buna nail olduq.
Ailəm və mən bu klubda, ölkədə gördüyümüz qarşılanma və sevgiyə görə sonsuza qədər minnətdar olacağıq, min dəfə təşəkkür edirik. Yollarımız ayrılsa da, hər zaman “Sabah” ailəsinin üzvü olacam. Gələcəkdə uğurlar, doğma “Sabah”ımıza növbəti mövsümdə uğurlar, mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir, amma mən həmişə “Sabah”ı sevəcəm, dəstəkləyəcəm, azarkeşlik edəcəm. “Sabah” həmişə ürəyimdə yaşayacaq".
saytlarin hazirlanmasi