"Barselona"nın yeni transferi İlkay Gündoğan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın Kataloniya klubuna keçidinə necə reaksiya verdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “Eurosport”a danışan almaniyalı futbolçu Qvardiolanın “Barsa”nın matçlarını izlədiyini bildirib:
"Xosepin məsələdən xəbərinin olması mənim üçün vacib idi. Mən ona minnətdarlığımı bildirdim. Kədərli görünürdü, amma mənə elə gəlirdi ki, o da uşaqlığının komandası olan "Barselona"ya keçidimə görə xoşbəxtdir. Qvardiola hələ də "Barselona"nın azarkeşidir. Bu komandanın hər oyununu izləyir. Klub və şəhər haqda nəsə bilmək lazım olanda məsləhət üçün ona müraciət edəcəm".
32 yaşlı yarımmüdafiəçi 2025-ci il iyunun 30-na qədər "Barselona"ya məxsus olacaq.
saytlarin hazirlanmasi