BOS dünyanın 100 ən yaxşı stadionu sırasında

12:54 - 18 İyul 2023

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 100 arenası sırasına daxil edilib.

Sportal.az "FourFourTwo" jurnalına istinadən xəbər verir ki, reytinq tərtib edilərkən beş meyar nəzərə alınıb: tikinti tarixi, atmosfer, genişlik, memarlıq və ətraf mühit. Bu meyarlara görə BOS reytinqdə 41-ci yerdə olub.

Argentinanın "Bombonera" stadionu isə reytinqdə birinci yeri tutub. İkinci və üçüncü yerdə müvafiq olaraq Braziliyanın "Marakana" və "Borussiya"nın (Dortmund) doğma arenası olan "Siqnal İduna Park" qərarlaşıb. 

Xəbər xətti