Səudiyyə Ərəbistanının "Ohod" klubu heyətini növbəti transferlə gücləndirib.
Sportal.az xəbər verir ki, adıçəkilən komandanın növbəti transferi Azərbaycan futboluna tanış sima olub. Belə ki, “İnter”(indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”nin sabiq futbolçusu Deyvid Derlis Meza Kolli ərəblərlə anlaşıb.
O, ərəb klubu ilə bir illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Ohod"un baş məşqçisi "Qarabağ"ın keçmiş futbolçusu Zəkəriyyə Ramadani, köməkçisi isə isə Ağdam klubundan yaxşı tanıdığı Sedat Sainidir. Ramadani ötən həftə "Neftçi"dən ayrılan Sezar Meza Kollini komandaya cəlb etmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi