"Artıq "Neftçi"ni izləməyi dayandırmışam, çünki yaxşı nəsə gözləmirəm"

13:47 - 18 İyul 2023

"Neftçi"dəki baş məşqçi dəyişikliyi və yeni mövsüm komandadan gözləntilərini bilmək üçün "ağ-qaralar"ın veteran kapitanı Flavinyoya müraciət etdik. 

Sportal.az saytına açıqlama verən braziliyalı artıq "Neftçi"ni izləmədiyini söyləyib.

2010-2015-ci illərdə "ağ-qaralar"ın formasını geyinmiş Flavinyo bunun səbəbini belə izah edib:

"Neftçi" mənim üçün hər zaman çox vacibdir. Oradan ayrıldıqdan sonra da daim diqqətdə saxlamışam, oyunlarına baxmışam. Amma düzünü deyim, artıq "Neftçi"ni izləməyi dayandırmışam. Çünki klub üçün yaxşı nəsə gözləmirəm. Sanki klubun gələcəyi, azarkeşləri barədə düşünülmür. İndiki vəziyyəti ancaq belə izah etmək olar. İllər keçsə də, yenə də, eyni səhvlərə davam edirlər. Ona görə, geniş nəsə demək istəmirəm".

Mirbağırağa
 

Xəbər xətti