Adrian Mutu: "Spartak"ın bir neçə oyununa baxmışam, necə oynadığını bilirəm"

14:07 - 18 İyul 2023

"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu gün Moskvada "Spartak"a qarşı keçiriləcək yoldaşlıq oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Спорт-Экспресс" portalına danışan rumıniyalı mütəxəssis Rusiya nəhəngi ilə matç haqda bunları deyib:

"Spartak"ın bir neçə oyununa baxmışam. Əlbəttə ki, onların necə oynadığını bilirəm. Onların gücündən xəbərim var. Bu, əla komandadır. Üstəlik, onlara böyük büdcəyə malikdir. Amma bizim üçün nəticədən çox, futbolçuların fiziki forması, “Spartak”la matçda taktiki hazırlığımız önəmlidir. Bizim hələ çox işimiz var. Bununla belə, futbolçuların inkişafında maraqlıyıq. Onları iş başında görmək istərdim. Yaxşı oyun olacaq. Meydanda hər dəqiqədən maksimum yararlanmağa çalışacağıq. Son bir neçə gün ərzində üzərində işlədiyimiz plana sadiq qalmaq vacibdir və hər şey nəticə verəcək".

Qeyd edək ki, "Spartak" - "Neftçi" görüşünə Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Xəbər xətti