İspaniya millisinin sabiq üzvü ölkəsinə qayıtdı

14:21 - 18 İyul 2023

İspaniya millisinin sabiq üzvü Ektor Belyerin "Betis"ə transfer olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi adıçəkilən kluba azad agent kimi keçib.

Tərəflərin razılaşması 2028-ci ilin yayına kimi hesablanıb.

28 yaşlı futbolçu “Arsenal”, “Uotford”, “Barselona”, “Sportinq” klublarının formasını geyinib. O, 2021/2022 mövsümündə də “Betis”də icarə əsasında oynayıb.

Xəbər xətti