"Bavariya" 27:0 qalib gəldi - VİDEO

09:09 - 19 İyul 2023

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Bavariya" yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, Tomas Tuhelin rəhbərlik etdiyi kollektiv həvəskarlar liqasında yarışan "Rottah Eqern"lə qarşılaşıb.

Münhen təmsilçisi ilk yarıda 18, fasilədən sonra isə 9 qol vurub. Matç Almaniya nəhənginin 27:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Xatırladaq ki, komandalar 2019-cu ildə də qarşılaşmış və "Bavariya" rəqibinə 23:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti