"Atletiko"nun hücumçusu Joao Feliks "Barselona"da oynamaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano tvitter səhifəsində yazıb. O, portuqaliyalı futbolçunun Kataloniya klubuna keçmək üçün agentindən danışıq aparmasını xahiş etdiyini bildirib:
"Barselona"da oynamaq istəyərdim. Bu klub mənim üçün həmişə birinci olub. Ona görə də, Kataloniya klubuna keçməyi düşünərdim. "Barselona"nın futbolçusu olmaq mənim uşaqlıq arzumdur. Bu baş verərsə, mənim arzum gerçəkləşəcək".
23 yaşlı futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, son mövsümü qışdan sonra "Çelsi"də icarə əsasında keçirib.
saytlarin hazirlanmasi