"Qarabağ" "Linkoln"a yenə qalib gələcək, çünki daha güclüdür"

10:49 - 19 İyul 2023

"Qarabağ"ın Cəbəllütariqdə qalib gələcəyinə şübhə etmirdim. Doğrudur, çətin qələbəyə oxşadı. Amma əsas odur ki, qalib gəldilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Danilo Dias deyib. Artıq aktiv futbolçu karyerasını yekunlaşdırmış braziliyalı Ağdam klubunun oyunlarını izlədiyini deyib. O, Azərbaycan çempionunun Bakıdakı matçda da qalib gələcəyinə inandığını bildirib:

"Məncə, "Qarabağ" "Linkoln"a yenə qalib gələcək. Çünki bizim komandamız "Linkoln"dan daha güclüdür, onlardan daha yaxşı futbol oynayır. Amma komandam həmişə konsentrasiyanı yüksək səviyyədə saxlamalıdır. Növbəti mərhələdə haqda yalnız iki oyun bitdikdən sonra düşünmək lazımdır. Onsuzda, "Qarabağ"da hər zaman belə olub. Mən orada oynayanda da, biz bir oyun yekunlaşmamış digər matç haqda düşünmürdük. Ümidvaram ki, onlar uğurlu nəticəni qazanacaq və Azərbaycan xalqını sevindirəcək. Həmişə olduğu kimi, mənə doğma olan komandanın oyununu izləyəcəm".

Mirbağırağa

Xəbər xətti