"Neftçi" "Dinamo" üçün keçilməz komanda deyil"

11:17 - 19 İyul 2023

Belaruslu futbol mütəxəssisi Aleksey Baqa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo"(Minsk) ilə "Neftçi"si arasında baş tuta biləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Belarus mətbuatına danışan "Sumqayıt"ın sabiq çalışdırıcısı "Neftçi"nin "Dinamo" üçün keçilməz rəqib olmadığını söyləyib. Hazırda "Şaxtyor"un (Soliqorsk) baş məşqçisi olan təmsilçimiz barədə də məlumat verib:

"Təbii ki, "Dinamo" üçün asan olmaz. "Neftçi"də Adrian Mutunun rəhbərlik etdiyi yeni məşqçilər korpusunu təyin olunub. Çoxlu ispandilli legionerləri var. Türkiyə Superliqasında oynayanlar az deyil. İinsanlar hər yerə çox ciddi şərtlər altında gedirlər. Bu, həm idman həyatına, həm də gündəlik həyata aiddir. Demək ki, orada hər şey yaxşıdır. Amma "Neftçi" "Dinamo" üçün keçilməz komanda deyil". 

Xatırladaq ki, “Neftçi” Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunda “Dinamo” (Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Minsklilər ilk görüşdə səfərdə rəqibi ilə 2:2 hesablı bərabərə qalıb.

Mirbağırağa

Xəbər xətti