"Əl-Hilal" Malkolmla bağlı "Zenit"lə danışıqlara başlayıb.
Sportal.az "championat.com"a istinadən xəbər verir ki, transferin yaxın vaxtlarda həyata keçirilməsi mümkündür.
"Zenit" braziliyalı üçün Səudiyyə Ərəbistanı klubundan 50 milyon avro tələb edib. Futbolçu isə illik 10-12 milyon avro maaş istəyir.
Ərəblərin bu təkliflərə razılıq verdiyi bildirilir. Malkom 2019-cu ilin yayında “Barselona”dan “Zenit”ə keçmişdi və 2022-ci ilin yayında Sankt-Peterburq klubu ilə yeni uzunmüddətli müqavilə imzalamışdı.
2023-cü ilin qışında yarımmüdafiəçi Rusiya vətəndaşlığına sahib çıxıb.
saytlarin hazirlanmasi