"Qarabağ"a keçidi gündəmdəydi, İngiltərə klubu ilə anlaşdı

12:14 - 19 İyul 2023

"Qarabağ"a keçidi gündəmdə olmuş Ceyson Lokilo İngiltərədə oynayacaq.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Hall Siti" ilə anlaşıb.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"la danışıq aparan və keçidə öncə razılıq verən Lokilo son anda Çempionşip klubuna keçməyə üstünlük verib. Lokilo ilə iki illik imzalanıb.

 

Xəbər xətti