Azərbaycan milli komandasının sabiq üzvü, "Qarabağ"ın komandaların formasını geyinmiş Elvin Məmmədov karyerası ilə bağlı yekun qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Məmmədov aktiv futbolçu karyerasına son qoyub. Bu barədə futbolçu özü saytımızın əməkdaşına məlumat verib.
Məmmədov heç bir klubdan təklif almadığı üçün bu addımı atıb. O, bundan sonra karyerasına məşqçi kimi davam etməyi planlaşdırır.
34 yaşlı veteran futbolçu “Turan Tovuz”, “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt”, “Şamaxı” komandalarının formasını geyinib.
saytlarin hazirlanmasi