"Qəbələ"dən ayrılıb "Neftçi" ilə müqavilə imzalayanda "Qarabağ"dan təklif almışdım"

14:44 - 20 İyul 2023

"Qəbələ"dən ayrılıb "Neftçi" ilə müqavilə imzalayanda "Qarabağ"dan təklif almışdım. Bu komanda ilə işləyən agentlərdən biri mənə yazmışdı ki, "Qarabağ" kimi böyük komandanın futbolçususan və "Neftçi"yə getməməlisən. O vaxtı "Qarabağ" məni istəyirdi. Amma mən ona da dedim ki, artıq danışıqlar üçün gecdir. Çünki "Neftçi" ilə müqavilə üçün razılaşmışam. Azərbaycanda oynadığım dönəmdə "Qarabağ"a keçmək ehtimalım yalnız belə olmuşdu".

Bu sözləri Sportal.az saytına açıqlamasında Voyislav Stankoviç deyib. Uzun illər Azərbaycanda oynamış, "İnter"(indiki "Şamaxı"), "Qəbələ" və "Neftçi"nin formasını geyinmiş, hazırda isə Serbiya Superliqasının təmsilçisi "Jelezniçar"la (Panevo) anlaşan Stankoviç "Qarabağ"da oynamaq ehtimalının olmasından danışıb. Bununla yanaşı, təcrübəli futbolçu ölkəmiz haqda xoş sözlər bildirib və Azərbaycana yenidən qayıtmaq istədiyini söyləyib: 

"Hər şey üçün Azərbaycana təşəkkür edirəm. Mən özümü orada xoşbəxt hiss edirdim. Orada yaşadığım dönəmdə çox yaxşı insanlarla tanış oldum. Heç vaxt ölkənizi unutmayacam. "İnter"(Bakı), "Qəbələ" və "Neftçi"də gözəl illər keçirdim. Ümidvaram ki, biz yenidən görüşəcəyik. Bəlkə də, Azərbaycana turist kimi gəldim. Çünki orada dostlarım var. Ola bilsin ki, gələcəkdə məşqçi kimi də Azərbaycana qayıda bilərəm. Hər şeyi zaman göstərəcək. Amma dəqiq olan odur ki, Azərbaycanı heç vaxt unutmayacam. Ürəyimdə gözəl ölkə kimi qalacaq".

Mirbağırağa

Xəbər xətti