PSJ-nin futbolçusu Neymar komandada qalmağı planlaşdırdığını bildirib.
Sportal.az "Caze TV" yutub kanalına danışan braziliyalı azarkeşlərin onu bəyənməməsinə baxmayaraq Parisi tərk etmək haqda düşünmədiyini söyləyib:
"Ümid edirəm ki, növbəti mövsümdə PSJ-də qalacam. Mənim bu komanda ilə müqaviləm var, mənə kimsə nəsə deməyib. Azarkeşlər məni sevməsələr də, burada qalacam".
Daha əvvəl mətbuatda Neymarın PSJ-dən ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ötən mövsümün sonunda bəzi aktiv PSJ azarkeşləri braziliyalının Parisdəki evinin yaxınlığında toplaşaraq onun klubdan getməsini tələb etmişdilər. 31 yaşlı Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.