"Yuventus" sabiq futbolçusu Alvaro Moratanı geri qaytarmağa hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu 30 yaşlı futbolçu üçün "Atletiko" ilə danışıq aparır.
Amma ispaniyalı forvardı transfer etmək asan olmayacaq. Çünki "Roma", "Milan" və "İnter" klubları da Mortanı heyətinə qatmaq istəyir.
Təcrübəli hücumçu ötən mövsüm "Atletiko"nun heyətində 45 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. Morta 2014-2016 və 2020-2022-ci illərdə "Yuventus"da oynayıb.
saytlarin hazirlanmasi