"Qarabağ"ın rəqibi Almaniyadan forvard aldı

15:47 - 20 İyul 2023

Çempionlar Liqasının ikinci mərhələsində  "Qarabağ"ın rəqibi olan "Rakuv" yeni futbolçu ilə güclənib. 

Sportal.az xəbər verir ki, Polşa klubu  "Hamburq"dan ayrılan Sonni Kitteli heyətinə qarıb. Polşa çempionu 30 yaşlı forvardla üç illik müqavilə imzalayıb. O, "Hamburq"la yanaşı, "Ayntraxt"da da çıxış edib.

Xatırladaq ki, "Qarabağ" "Rakuv"la ilk oyunu iyulun 26-da Polşada keçirəcək. Cavab matçı avqustun 2-də Bakıda olacaq.

Xəbər xətti