UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” görüşünü almaniyalı hakim idarə edəcək.
Sportal.az xəbər verir ki, avqustun 2-də baş tutacaq matç Sven Yablonskiyə həvalə edib.
Ona Lasse Koslovski və Eduard Beytinger kömək edəcəklər. Görüşün dördüncü hakimi Tobias Reyxel funksiyasını yerinə yetirəcək.
Cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:00-da başlayacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.
saytlarin hazirlanmasi