"Çox çətin oyun oldu. Belə olacağını da bilirdik. İlk yarıda güclü oynadıq. Amma "Dinamo"nun güclü komanda olduğunu bilirdik. Onların necə oynayacağını da bələd idik. Bu, hər birimizin uğurudur".
Sportal.az xəbər verir ki, bu sözləri "Jelezniçar"ın kapitanı Aleksandr Kosoriç deyib. Bosniyalı futbolçu Bakıda keçirilən "Dinamo" - "Jelezniçar" görüşündən sonra mətbuat konfransında iştirak edib. O, Konfrans Liqasının ikinci turunda "Neftçi"yə qarşı keçiriləcək matçdakı şanslarını dəyərləndirib:
"Bilirik ki, bizi yeddi gündən sonra növbəti oyun gözləyir. Amma biz hazırda evə qayıdıb, istirahət edərək, bərpa olunmaq istəyirik. “Neftçi” güclü rəqibdir. Onlar haqda daha çox məlumatımız var, nəinki “Dinamo” barədə. "Neftçi"nin Azərbaycanın böyük klubu olduğunu, çox azarkeşi olduğunu da bilirik. Bakıdakı matçda dəstəkləri olacaq. Amma ilk olaraq azarkeş dəstəyindən biz öz meydanımızda yararlanacağıq. Hansı komandanın azarkeş sarıdan bir-birini geridə qoyacağını görəcəyik. Bosniya və Herseqovinadakı azarkeş dəstəyini görərsiniz. Bunu yaxşı mənada deyirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi