"Komandamı təbrik edirəm. Taktiki olaraq yaxşı oynadıq. Seçdiyimiz taktika rəqibin planlarının qarşısını aldı. Klubum və ölkəm üçün böyük qələbə oldu. "Dinamo"ya çempionatda uğurlar arzulayıram. Təyyarədə növbəti oyuna hazırlaşmağa başlayacağıq. Azarkeşlərimiz də, növbəti dəfə bizi Avropada izləyəcək.
Sportal.az xəbər verir ki, bu sözləri "Jelezniçar"ın baş məşqçisi Nermin Basiç deyib. O, Konfrans Liqasının birinci təsnifat mərhələsinin "Dinamo"(Minsk) ilə keçirilən görüşündən sonra mətbuat konfransında danışıb. Bosniya və herseqovinalı mütəxəssis Bakıda qazandıqları qələbəni şərh edib.
- "Neftçi" haqda məlumatınız var idi?
- Artıq biz hazırlşamağa başlamışıq, rəqibi təhlil edəcəyik. Əslində, bu raunddan qabaq hər iki komandanı təhlil etmişdik. Bakın çox bəyəndim, gözəl şəhərdir. Bura növbəti dəfə gəlməyə, "Neftçi" kimi güclü komandaya qarşı oynamaq üçün səbirsizlənirik.
- İlk oyunu evdə oynayacaqsınız. Sizcə, burada qalıb Bakıda oynasaydınız, daha yaxşı olmazdı?
- Çətin olacağını bilirik. Səhər evə qayıdacağıq. Çətin ki, yataq. Buna baxmayaraq, təslim olmağı düşünmürük. Bakıya güclü şəkildə qayıdacağıq. "Neftçi"nin Rusiyada keçirilən turnirdəki bütün oyunlarını izləmişik.
- Adrian Mutu "Neftçi"yə yeni gəlib. Bu fakt sizə kömək ola bilər?
- İnanmıram. Mutunun yeni gəlməsi bizə üstünlük qazandırmır. Doğrudur, "Neftçi" güclü rəqibdir, onlar haqda müəyyən fikrimiz var. Amma qeyd etdiyiniz faktın bizə təsir edəcəyini düşünmürəm. Çünki özüm də üç ay əvvəl gəlmişəm.
- "Neftçi" üçün hansısa sürpriz saxlamısız, yoxsa bu oyunda bütün kartlarınızı açdınız?
- Bundan əvvəlki matçlarda iki-üç fərqli sistem tətbiq etmişdik. "Neftçi" ilə oyuna da sürprizlər saxlamışıq. Rəsmi oyunlardan qabaq üç yoldaşlıq matçına çıxmışdıq. Biz hər zaman rəqibə uyğunlaşmağı bacarırıq. Üstün cəhətlərimizdən biri də, budur. Böyük işlər görməyə başlamışıq.
Mirbağırağa
saytlarin hazirlanmasi