"Roma"nın forvardı Türkiyəyə yollanmayacaq

17:28 - 21 İyul 2023

"Roma" və Özbəkistan millisinin forvardı Eldor Şomurodov nə Türkiyəyə yollanacaq, nə də Rusiyaya.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, asiyalı İtaliyada qalacaq.

Belə ki, "Roma" onu "Kalyari"yə icarəyə verəcək. Tərəflər arasında hazırda danışıqlar davam etdirilir.

28 yaşlı hücumçu “Məşəl Mubarək”, “Bunyodkor”, “Rostov”, “Cenoa”da oynadıqdan sonra 2021-ci ildə “Roma”ya keçib. O, ötən mövsüm icarə əsasında “Spetsiya”da oynayıb. Onun “canavarlar”la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq. Xatırladaq ki, bir müddət əvvəl Şomuradovun "Qalatasaray" və "Spartak"ın transfer siyahısında yer aldığı iddia edilirdi.

Xəbər xətti