"Omoniya"nın legioneri: "Qəbələ"dən əvvəl onlarla oynamaq faydalı olacaq"

20:33 - 21 İyul 2023

"Omoniya"nın ukraynalı yarımmüdafiəçisi Roman Bezus Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçiriləcək oyundan gözləntilərini açıqlayıb.

Sportal.az xəbər verir ki, "alphanews"a danışan yarımmüdafiəçi "Qəbələ" ilə görüşdən əvvəl keçiriləcək superkubok oyununa da toxunub:

"Qarşıda bizi "Aris"ə qarşı superkubokun oyunu gözləyir. Bu, avrokuboklar başlamamışdan əvvəl yaxşı sınaq olacaq. Fikrimcə, həm bu, həm də avrokubok matçına hazırıq. Komandanı gücləndirəcək yaxşı transferlərimiz də var. "Aris" də avrokuboklarda çıxış edir. Bu mənada, "Qəbələ"dən əvvəl onlarla oynamaq faydalı olacaq".

Qeyd edək ki, "Qəbələ" - "Omoniya" matçı iyulun 27-də keçiriləcək və 20:00-da başlayacaq. Cavab matçı isə avqustun 3-də Kiprdə baş tutacaq. Həmin matça isə Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Xəbər xətti