"Milan"ın hücumçusu Divok Origi heyətdən kənarlaşdırılıb.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” yeni mövsümün hazırlıqları üçün ABŞ-a yollanacaq.
Origi isə həmin kollektivə cəlb edilməyib. Belçikalının "Kristal Pelas" və "Vest Hem"in hədəfindədir. Onun iki klub arasında seçim edəcəyi gözlənilir.
28 yaşlı futbolçu "Lill", "Liverpul", "Volfsburq"da oynadıqdan sonra 2022-ci ildə "Milan"a keçmişdi.
saytlarin hazirlanmasi