"Qarabağ"ın futbolçusu Qara Qarayevin "Neftçi"yə keçəcəyi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Abbas Hüseynov komanda yoldaşı ilə bağlı paylaşım edib. O, 31 yaşlı yarımmüdafiəçi ilə fotosunu paylaşaraq "Uğurlar mənim "Qarabağ"lı qardaşım" sözlərini yazıb.
Qeyd edək ki, Qara Qarayev "Qarabağ"ın yetirməsidir. Təcrübəli orta xətt oyunçusu 2011-ci ildən əsas komandada çıxış edir. O, "Qarabağ"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 442 rəsmi matçda 5 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi