"Çelsi"dən "Latsio"ya

11:47 - 23 İyul 2023

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi karyerasını İtaliyada davam etdirə bilər. 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ingilis futbolçu "Latsio"nun maraq dairəsindədir.

Paytaxt klubu 22 yaşlı futbolçunu icarəyə götürməyə çalışır. Artıq tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. 

Hadson-Odoi 2022/2023 mövsümünü icarə əsasında "Bayer"də (Leverkuzen) keçirib.

Xəbər xətti