Kavani "Boka Xuniors"a keçmək üçün müqaviləsini pozmalıdı

12:13 - 23 İyul 2023

"Valensiya"nın futbolçusu Edinson Kavani Argentinada oynamağa yaxındır.

Sportal.az "TyC Sports"a istinadən xəbər verir ki, uruqvaylı "Boka Xuniors"la razılaşıb.

Argentina nəhənginin təklifi 36 yaşlı forvard üçün uyğun olub. Məsələ burasındadır ki, Kavani "Boka Xuniors"la müqavilə imzalamaq üçün "Valensiya" ilə müqaviləsini pozmalıdır. Onun, İspaniya təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

 

Xəbər xətti