Xorvatiya mətbuatı Emreliyə şans vermədiyi üçün "Dinamo"nun baş məşqçisini tənqid etdi

15:51 - 23 İyul 2023

Xorvatiya mətbuatı ölkə çempionatının 1-ci turunun “Dinamo” (Zaqreb) və “Hayduk” klubları arasında keçirilmiş son oyununu (1:2) təhlil edərkən meydan sahiblərinin hücumçusu Mahir Emrelinin oynamamasına toxunub.

Sportal.az xəbər verir ki, "Index.hr" portalı İqor Bişçanın millimizin üzvünə şans verməməsi haqda bunları yazıb:

"Ehtiyat skamyada Petar Boçkay kimi xüsusi tapşırıqlar üçün, liqada ən yaxşı ötürmələri edə bilən adam var idi. Driblinqlə üstünlük yarada bilən Emreli də meydana buraxılmadı. Bir tərəfdən yeni transferlər istəyib, digər tərəfdən isə liqada üç əla oyunçunu ehtiyatda saxlamaq olmaz. Baş məşqçi tərəfdən bu, doğru yanaşma deyil".

Xəbər xətti