İsveç yığmasında oynamış futbol agenti Musanın debütünü şərh etdi: "Özünü göstərə bildi"

17:17 - 23 İyul 2023

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlı dünən "Yurqorden"in heyətində debüt edib. O, 17-ci turun “Elfsborq”la (0:4) görüşünün 58-ci dəqiqəsində meydana daxil olub. Azərbaycanda oynamış azsaylı isveçli futbolçulardan olmuş, hazırda futbol agenti kimi fəaliyyət göstərən Sebastyan Kastro-Tello Musanın debütü barədə Sportal.az saytına açıqlama verib. Futbol agenti azərbaycanlı futbolçu haqda pozitiv düşüncədə olduğunu deyib:

"Musa və "Yurqorden" üçün çox çətin oldu. Onlar hazırda çempionatın ən yaxşı komandası olan "Elfsborq"la qarşılaşdılar və 0:4 uduzdular. Bu cür matçda "Yurqorden"in ifasında nəsə yaxşı bir şey görmək çətin idi. Musa meydana sonradan daxil oldu. "Yurqorden" uduzsa da, Musa özünü yaxşı tərəfdən göstərə bildi. Bir neçə matçdan sonra daha yaxşı olacaq. Qarşıdakı turlarda daha güclü Musa görəcəyik, o, qollarını da sıralaya bilər".

Kastro-Tello vaxtı ilə “Hammarbü”, “Rəvan”, “Deqerfors” klularında və İsveçin U-19, U-21 yığmalarında oynayıb.

Mirbağırağa
 

Xəbər xətti