"Mançester Siti" müdafiəçisi İssa Kaboreni icarəyə yollayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, "Luton Taun"a keçib. Premyer Liqanın debütantı Burkina-Fasodan olan 22 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb.
Ötən mövsüm Kabore "Marsel"də icarə əsasında çıxış edib. O, Fransa klubunun heyətində keçirdiyi 29 oyunda 1 qol vurub. Afrikalı müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Kabore “Rahimo”(Burkina-Faso), “Mexelen”də (Belçika) oynadıqdan sonra 2020-ci ildə Mançester klubuna keçib. Bir ara isə futbolçu "Trua”da icarədə keçirib.
saytlarin hazirlanmasi