Xəbər verdiyimiz kimi, Qara Qarayev "Qarabağ"dan ayrılıb və "Neftçi" ilə anlaşıb. Yarımmüdafiəçinin bu addımı bəziləri üçün gözlənilməz oldu. “Neftçi”nin sabiq idman direktoru, futbol mütəxəssisi Ceyhun Sultanov Sportal.az saytına açıqlamasında Qaranın "Qarabağ"ı əzəli rəqibinə dəyişməsinə münasibət bildirib:
"Əslində, burada danışılacaq çox şey yoxdur. Onun başqa komandaya keçməsi normal haldır. Əgər futbolçu öz komandasında oynamırsa, komanda axtarır. Çünki hər futbolçu stabil oynamaq istəyir. Hər halda, bunu nəzərə alsaq, Qaranın komandasını dəyişməsini normal qarşılaşamaq olar. Doğrudur, burada söhbət əzəli rəqiblərdən gedir. Yəni, “Qarabağ”dan əzəli rəqibi olan “Neftçi”yə keçib. İstər-istəməz azarkeşlər futbolçuya narazılığını bildirir. Lakin Qara elə insandır ki, bu mənada, problem yaşamayacağını düşünürəm. Ona uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq".
"Qarabağ"ın yetirməsi olan Qara 2008-2023-cü illərdə Ağdam klubunun formasını geyinib və 398 matçda meydana çıxaraq dörd qol vurub.
Mirbağırağa
saytlarin hazirlanmasi