"Atalanta"nın forvardını PSJ və "Mançester Yunayted" transfer etmək istəyir

13:17 - 23 İyul 2023

"Atalanta"nın forvardı Rasmus Hoylund karyerasını Fransada davam etdirmək imkanına sahibdir. 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, PSJ 20 yaşlı hücumçu üçün transfer danışıqlarına start verib. Danimarkalının Paris klubuna keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək. O, PSJ ilə yanaşı "Mançester Yunayted"in də transfer siyahısındadır. Berqamo klubu gənc futbolçu üçün 100 milyon avro tələb edir. 

"Atalanta" Hoylundu bu məbləği ödəyəcək kluba satacaq. "Kopenhagen", "Şturm" klublarında oynadıqdan sonra skandinaviyalı 2022-ci ilin avqustunda İtaliya klubuna keçmişdi.

Xəbər xətti