"Ayaks"dan "Çelsi"yə

19:18 - 23 İyul 2023

"Çelsi" "Ayaks"ın qanalı yarımmüdafiəçisi Məhəmməd Kudusa böyük maraq göstərir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "zadəganlar"ın nümayəndələri 22 yaşlı futbolçu üçün artıq Niderland klubu ilə danışıqlara başlayıb.

London klubu yay "transfer pəncərəsi" zamanı Məhəmmədi heyətinə qatmağa çalışacaq. Tərəflər müqavilənin şəxsi şərtlərini də razılaşdırmağa yaxındır.

Adıçəkilən futbolçu Niderland yüksək liqasında 2022/2023 mövsümündə 30 matçda iştirak edib, 11 qol vurub və üç məhsuldar ötürmə verib. 22 yaşlı futbolçu 2020/2021 mövsümündən "Ayaks"da çıxış edir. O, Amsterdam təmsilçisinə Danimarkanın "Norşallend"dən keçib.

Xəbər xətti