Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir 14:00-da başlayıb.
Püşkatmada "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. Ağdam klubu "Rakov" səddini keçsə, "Aris" (Limassol) - BATE cütününü qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Rakov" - "Qarabağ" matçı iyulun 26-da Polşada keçiriləcək. Tərəflərin cavab görüşü isə avqustun 2-də Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi