"Qəbələ" növbəti transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin yeni transferi qolkiper olacaq.
Belə ki, Konfrans Liqasının iştirakçısı Rəşad Əzizli ilə anlaşıb. Ötən mövsümü "Şamaxı"da keçirmiş 29 yaşlı qolkiperlə bir illik müqavilə imzalanacaq.
O, bundan əvvəl "Rəvan", "Simurq", "Neftçi", "Səbail", "Keşlə", "Zirə" klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi