Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya”nın ilk oyunla bağlı planları dəqiqləşib.
Sportal.az xəbər verir ki, kiprlilər çarter reysi ilə iyulun 26-da Qəbələyə uçacaq.İyulun 27-də isə “Omoniya” matçdan dərhal sonra Kiprə qayıdacaq.
Xatırladaq ki, “Qəbələ” – “Omoniya” matçı 20:00-da başlayacaq.
Avqustun 3-də isə Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.
saytlarin hazirlanmasi